74 ədəd mobil telefon və aksesuarları aşkar edilib - (+ViDEO)

74 ədəd mobil telefon və aksesuarları aşkar edilib (+ViDEO)

AZpress.AZ xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz 190" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama nəticəsində isə, nəqliyyat vasitəsinin arxa buferinin və salonun qabaq oturacaqlarının içərisində gizlədilmiş 145 ədəd yükləyici, 22 ədəd "X-İnova", 27 ədəd "X-PO", 5 ədəd "W-fide" və 20 ədəd "Odscn" markalı mobil telefonlar aşkar edilib
Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )