“İmmolatio” ("Qurbanvermə") tamaşası keçirildi - +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

“İmmolatio” ("Qurbanvermə") tamaşası keçirildi +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

AZpress.AZ xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatı və Mədəniyyət Nazirliyinin dəstəyilə Maqsud İbrahimbəyovun yaradıcılıq Mərkəzində Nəsimi—şeir, incəsənət və mədəniyyət festivalı çərçivəsində Leyla Bəyim Cəfərova və Yefim Abramovun pyesi əsasında “İmmolatio” ("Qurbanvermə") tamaşası keçirilmişdir.

Pyes eyni ildə anadan olmuş,eyni dövrdə dünyanın müxtəlif nöqtələrində - Şərq və Qərbdə - Azərbaycan və Çexiyada yaşaylb yaradan iki böyük mütəfəkkir- maarifçilərə həsr edilmişdir.

İmadəddin Nəsimi (1369-1417) və yan Qus (1369-1415). Bu nəhəng şəxsiyyətlərin sənətə baxışları, düşüncələri, doğma dilin qorunmasına və inkişafına münasibətləri identikdir. Yan Qus və Nəsimini çox oxşar faciəvi taleləri də birləşdirir.

Bu pyes, her şeydən əvvəl, iki mədəniyyətin, Şərq və Qərbin nümayəndələrinin dünyagorüşlərinin mümkün qədər vəhdədi haqqinda ilhamlı hekayətdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )