DYP əməkdaşları ilə görüş keçirildi - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

DYP əməkdaşları ilə görüş keçirildi +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 02 oktyabr 2018-cı il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 34 nömrəli məktəbdə“Diqqət uşaqlar!” aylığı çərçivəsində “Yollarda qəzasız bir gün” devizi altında DYP əməkdaşları ilə görüş keçirildi.

Məqsəd yol hərəkət qaydalarını məktəblərdə təbliğ etmək, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdan ibarətdir.

Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, “Həyat” Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov,34 nömrəli məktəbin direktoru Rəhman Hacıyev, müəllimlər, valideynlər, KİV nümayəndələri, 80-dən çox ibtidai sinif şagirdiiştirak etdi.

Tədbirdə DYP əməkdaşları uşaqların suallarını cavablandırdı, onları yol hərəkəti qaydalarına düzgün əməl etməyə çağırdı. Uşaqlarla mövzu ilə bağlı viktorina keçirildi. Fərqlənən uşaqlara yol hərəkəti qaydalarına aid əyani vəsaitlər paylanıldı.Tədbirin bütün iştirakçılarına “Azərsun Holdinq”-in hədiyyələri verildi. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )