Xocavənd rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından 26 il ötür - +FOTOLAR ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ)

Xocavənd rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasından 26 il ötür +FOTOLAR ( AZpress.AZ - Maya Quliyeva, Qarabağ)

AZpress.AZ xəbər verir ki, 1992-ci il oktyabrın ayının 2-də Xocavənd rayonu Ermənistan silahlı birləşmələri və onların havadarları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi ermənilər tərəfindən yandırılaraq əmlakları talan edilmiş, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılaraq viran edilmişdir. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılmışdır. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km aftomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılmış, talan edilərək yararsız hala salınmışdır. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla barəbər, rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəymişdir. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilmişdir. 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərilmiş bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilmişdir. Bu qeyri – bərabər döyüşlərdə rayonun uşaqlı – qadınlı, cavanlı - qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak etmişlər. Ermənilərlə qeyri – bərabər mübarizədə 4 ay mühasirədə qalan Qaradağlı kəndində 92 nəfər şəhid olmuşdur, bu da kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata - baba yurdlarının müdafiəsi uğrunda 146 nəfər şəhid vermişdir, bu da rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri deməkdir. Zorla cəlb olunduğumuz bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çox insan sağlamlığını itirmiş və ya əlil olmuş, 245 uşaq valideynlərindən birini, 69 qadın həyat yoldaşını itirmişdir. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olmuş, bir ailədən olan 3 uşaq hər iki valideynini itirmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )