"Mən dünyada müəllimdən şərəfli ad tanımıram” adlı rəsmi tədbir keçirildi - +FOTOLAR ( AZpress.AZ - Məhərrəm Abasov)

"Mən dünyada müəllimdən şərəfli ad tanımıram” adlı rəsmi tədbir keçirildi +FOTOLAR ( AZpress.AZ - Məhərrəm Abasov)

 AZpress.AZ xəbər verir ki, oktyabrın 4-də Beynəlxalq Mətbuat Mərkəzində "Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi 5 oktyabr - Müəllimlər gününə həsr edilmiş "Mən dünyada müəllimdən şərəfli ad tanımıram” adlı rəsmi tədbir keçirmişdir.

 

***

 

2018-ci il oktyabrın 4-də Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində 5 oktyabr - Müəllimlər gününə həsr edilmiş "Mən dünyada müəllimdən şərəfli ad tanımıram” adlı rəsmi tədbir keçirdi. Tədbirdə Aviasiya Akademiyasının dosenti Şöhrət Kərimov , İncəsənət Universietinin müəllimi Azad Şükürov, Bakı şəhər Təhsil Şurasının üzvü Böyükaga Mikayıllı , Bakı şəhər 286 nömrəli məktəbin direktoru Samir Mehdizadə, Saray qəsəbəsi 3 saylı tam orta məktəbin direktoru Teyyubə Hüseynova, müəllimələr Sevil Əmrahova, Əminə Vəliyeva , şairə Könül Vəliyeva, 2 saylı Humanitar Kollecin direktor müavini Nuranə Şıxəliyeva , şair Xəlil Zeynallı və Türkiyədən qonaq gəlmiş tele-jurnalist Zeynəb Köşkər və bir , ziyalılar iştirak edirdi.
Tədbirin açılışında Milli Dəyərlər üzrə Maarifləndirmə" İctimai Birliyinin hazırladıgı müəllimlərə həsr edilmiş qısa film göstərildi. Birliyin sədri Yazıçılar və Jurnalistlər Birliyini üzvü, şairə -jurnalist Gülşən Behbud təbirdə çıxış edərək iştirakçıları salamladı, birliyin yaranmasından və gələcək layihələrindən danışdı.
Sonda müəllimlərlə xatirə şəkilləri çəkildi.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )