Aybəniz Haşımovanın yubiley konserti keçiriləcək -

Aybəniz Haşımovanın yubiley konserti keçiriləcək

Azərbaycanın görkəmli sənətkarı, professional musqi sənətinin parlaq nümayəndələrindən olan Aybəniz Haşımovanın yubiley konserti keçiriləcək.

AZƏRFAKS xəbər verir ki, Aybəniz Haşımovanın ustadı, SSRİ xalq artisti, Şövkət Ələkbərovanın xatirəsinə həsr olunmuş konsert oktyabrın 24-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Mədəniyyət Nazirliyi və Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçiriləcək konsertin afişaları da artıq hazırdır.

Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblının iştirak edəcəyi konsertdə Aybəniz Haşımovanın Sənət Akademiyasının tələbələri də öz ifalarını təqdim edəcəklər.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )