Ağcabədidə Müəllimlər günü münasibətilə tədbir keçirilib - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə Müəllimlər günü münasibətilə tədbir keçirilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Oktyabr ayının 5-də YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ” Muğam Mərkəzində Müəllimlər günü münasibətilə tədbir keçirilmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağcabədi Pedaqoji Kollecinin tələbəsi Röyalə Hümbətova, Ağcabədi rayon Təhsil şöbəsinin inspektoru İbrahim Vəliyev, “N” saylı hərbi hissənin əsgəri Fərhad Əhmədli, Ağcabədi Pedaqoji Kollecin YAP ərazi təşkilatının sədri Rövşən Bayramov çıxış edərək müəllimləri bayram münasibətilə təbrik etdilər.
Çıxışlarda vurğulandı ki, hər il 5 oktyabrda 100-dən çox ölkədə Beynəlxalq müəllim günü qeyd edilir. Bu bütün müəllimlərin, Təhsil sistemi işçilərinin peşə bayramıdır.Ölkəmizdə Təhsilin inkişafı, onun maddi texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzindədir. Ulu Öndərimiz Heydər Əliyev Təhsilə böyük önəm verərək deyirdi: “Təhsil millətin gələcəyidir.”
Ulu Öndərin Siyasi varisi Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev də Respublikamızda Təhsilin inkişafını daim dsiqqət mərkəzində saxlayır, yeni məktəblərin tikintisi, təmiri, elmi-texniki tərəqqinin son nailiyyətlərinin təhsildə tədbiq olunmasını, təhsilin müasir dövrün tələblərinə uyğun olaraq yenilənməsi üçün çox böyük işlər görür: Bu istiqamətdə Azərbaycan Respublikasnın I Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da “Yeniləşən Azərbaycana Yeni məktəb” layihəsi çərçivəsində böyük uğurlar əldə edilmişdir. Ölkə rəhbərliyinin təhsilə qayğısı Ağcabədi rayonunda da öz əksini tapmışdır. Son 10 ildə Ağcabədi rayonunda 40 yaxın məktəb tikilmiş, 20 yaxın məktəb əsaslı təmir edilmişdir. Ağcabədi rayonunun təhsil işçiləri bu qayğıya cavab olaraq gənc nəslin təlim-tərbiyəsində öz töhvələrini verməyə çalışmışlar. Elə bunun nəticəsidir ki, ötən il məzunlarımızın 422 nəfəri ali məktəblərə daxil olmuş, son 2 ildə 2 nəfər məzunumuz ali məktəblərə 700 bal yığaraq qəbul olunmuşlar.
Tədbirdə Pedaqoji sahədə səmərəli fəaliyyətinə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup müəllim, o cümlədən uzun müddət müəllim işləmiş, hazırda təqaüddə olan müəllimlərə YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları təqdim edilmiş, YAP sıralarına yeni daxil olmuş gənc müəllimlərə vəsiqələr təqdim edilmişdir.
Tədbirin bədii hissəsində Ağcabədi şəhər 8 saylı baxcanın, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) rəqs qrupları rəqslə, 11 saylı məktəbin IIc sinif şagirdləri səhnəciklə, “N” saylı hərbi hissənin əsgəri Məsim Bağırov saz havası ilə, Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzinin şagirdi Nərgiz Cabbarova mahnı ilə müəllimləri bayram münasibətilə təbrik edərək, onlara xoş ovqat bəxş etmişlər.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )