Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 4 Noyabr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Akademiyanın 3-cü kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanovun və G.Şaroyev adına 35 saylı 11 illik Musiqi Məktəbinin 6-cı sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Şirin Əmiraslanovanın iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi və Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilmişdir. Konsert proqramı dahi Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından Müqəddimə və giriş ilə başlayıb, bəstəkarın “Cəngi”-si ilə tamamlandı.Eləcə də ifaçıların repertuarında Avropa bəstəkarlarından F.Şubertin “Bayram marşı” və Ekspromptu, F.Şopenin fortepiano əsərləri, ispan bəstəkarlarının əsərləri şövqlə səsləndi.İfaçılar solo ifaları ilə növbələşməklə yanaşı ansambl ifaları ilə də tamaşaçıların diqqətini cəlb etdi.İfaçıların müəllimi və rəhbəri BMA-nın professoru S.Sinamdzqvarişvilidir.Konsertdə BMA-nın rektoru professor F.Bədəlbəyli, G.Şaroyev adına 35 Saylı Musiqi Məktəbinin direktoru Y.Vəliyev, Ü.Hacıbəyov adına ev muzeyinin direktoru və Bəstəkarlar İttifaqının katibi S.Fərəcov iştirak edirdi.Konsertin sonunda məktəbin direktoru Y.Vəliyev müəllimlərin bayramını təbrik edib ifaçılara təşəkkürünü bildirdi.BMA rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlıq etdi.Həmçinin onu da qeyd edək ki, N.Əmiraslanov da G.Şaroyev adına 35 Saylı Musiqi Məktəbinin yetirməsidir.  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )