“Limbo” tamaşası təqdim edildi... - +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

“Limbo” tamaşası təqdim edildi... +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

AZpress.AZ xəbər verir ki, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının təqdim etdiyi “Limbo” tamaşası öz yurdlarını tərk etməyə məcbur olmuş və düşərgələrdə məskunlaşmış insanların yaşamına və problemlərinə həsr edilmişdir. Pyesin müəllifi İsmayıl İmandır. Tamaşanın rejissoru Tərlan Rəsulovdur.
Tamaşa immersiv teatr üslubunda hazırlanmışdır və burda səhnə və seyrçi zalı, aktyor və tamaşaçı arasında sədd yoxdur və əsas xüsusiyyət tamaşaçıların oyun zamanı yaranan ümumi mühitə qatılmasındadır. Ona görə də tamaşanın nümayişi üçün qeyri-teatr məkanı – Azərbaycan Xalça Muzeyinin zalı seçilmişdir. Aktyorların interaktiv üslubda oyunlarının məqsədi seyrçilərlə çox yaxın ünsiyyət qurmaq, onları tamaşanın iştirakçısına çevirməkdir. Burda hər bir tamaşaçı bir neçə detalla qaçqın düşərgəsini xatırladan məkanda göstərilən süjetin tərkib hissəsi olmaq və baş verən hadisələrin gedişatına təsir göstərmək imkanına malikdir.
“Limbo” tamaşasının oyunçuları – Yaqut Paşazadə, Dəniz Tacəddin, Mir Sahib Ağayev, Qasım Nağı, Toğrul Kamalov, Nicat Qasımzadə və Tərlan Əliyevdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )