AZpress.AZ təqdim edir: - Esmira Günəşin Gəncə şəhərində kitablarına daha bir təqdimat keçirildi (ViDEO+FOTOLAR)

AZpress.AZ təqdim edir: Esmira Günəşin Gəncə şəhərində kitablarına daha bir təqdimat keçirildi (ViDEO+FOTOLAR)

Oktyabrın 7-si gənc şairə Esmira Günəşin Gəncə şəhərində kitablarının oxuculara təqdim olunması ilə bağlı yeni bir tədbir keçirilib.Tədbirdə Gəncə şəhər yazıçılar birliyinin sədr müavini Aləmzər Əlizadə, Gəncə Dövlət Universitetinin Dassenti Qivami Qazıyev, Gəncə Aqrar Universitetinin Müəllim kafedra müdiri Vaqif Mirzaliyev, Gəncədə fəaliyyət göstərən Rus qəzetlərinin redaktrı Mahir müəllim, Gənc yazarlardan Gülnarə Sadiq, Əmrah Tənha, Şəfa Vəli, Zülfiyyə Yaqubqızı, Səadət Qərib və s. İştirak edirdilər. Tədbir yüksək səviyyədə ziyalıların Esmira xanımın yaradıcılığına aid gözəl təbrikləri və ürək sözləri ilə daha da maraqlı keçdi. Qivami müəllim şəxsən bu yaradıcılıq yolunda Esmira Günəşə dəstək olduğunu bildirərək bir daha ziyalılarımızı onun yaradıcılığı ilə tanış olmağa səslədi.Tədbirin sonun Esmira Günəş oxucuları üçün kitablarından imzaladı və qeyd etdi ki tezliklə yeni bir yaradıcılıq uğuru ilə bir daha oxucuların görüşünə gələcək.
Biz də AZpress.AZ saytı olaraq gənc şairəyə yaradıcılıq uğurları arzulayır, hər zaman zirvələrdə olmasını diləyirik

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )