Üzeyir Cəfərov: - ...CANINIZ çıxsın...NORMAL internet təmin edin...

Üzeyir Cəfərov: ...CANINIZ çıxsın...NORMAL internet təmin edin...

AZpress.AZ xəbər saytı Üzeyir Cəfərovun KATV internet provayderi haqqındakı yazısını oxucularla bölüşür:

Son günlər onsuz da gərgin və əsəbi olan halımıza KATV adlı bir internet provayderin MƏSULİYYƏTSİZHARINLAMIŞ rəhbər şəxslərinin vicdansızlığı ucbatından daha bir dözülməz hal əlavə olunub. Milyonlarla vəsait qazanan bu nadanlar elementar internet təminatını həyata keçirə bilmirlər. Hər dəfə də saatlarla əsəb və stresdən sonra bunların 127 xidmətində oturan mamanın gül balaları "hörmətli müştəri, yaxın dəqiqlərdə nasazlıq aradan qaldırılacaq" kimi zəhlətökən, tutuquşu ifadəsi ilə başımızı aldatmağa çalışırlar. "Yaxın dəqiqələr" isə son günlər saatlarla davam edir və hər kəsin işi-gücü tormozlanmış vəziyyətdə olur.
Buradan üzümü KATV-nin HARINLAMIŞ, MƏSULİYYƏTSİZ rəhbər şəxslərinə tutub demək istəyirəm ki, ÖZÜNÜZÜ yığışdırın. Siz sadəcə ÇAŞMISINIZ. Sizin o milyonlar da sizin vəziyyətinizi xilas edə bilməyəcək. Bizim sizə hər ay ödədiyimiz külli miqdarda pullardan CANINIZ çıxsın yeni avadanlıq alın, NORMAL internet təmin edin. Başa düşməyəcəksinizsə, yaxın vaxtlarda Sizi qanunun dili ilə başa salmağa çalışaçağıq. Dədəmiz dədənizə, biz də sizə borclu deyilik. Yetər artıq sizin hoqqalarınız. 21-ci əsrdə camaat Afrikada, Uzaq adalarda normal internet ilə rahat, əsəbsiz işlər görür, siz isə burda öz əclaf və məsuliyyətsiz davranışınızla SAATLARLA əsəblərimizlə oynayırsınız. Kişiliyiniz və məsuliyyətiniz olsun. Heç olmasa qazandığınız o haram milyonlardan cüzi də olsa cəmiyyət üçün, xalq üçün sərf edin ki belə xoşagəlməz vəziyyətlə üzləşməyəsiniz. Azərbaycanda rabitə, informasiya sahəsinə cavabdeh olan Ramin Quluzadə adlı cavan bir nazir də deyəsən var, o da bir az bu işlərdə tələbkar, məsuliyyətli olmalıdır. Söhbət hansısa elementar məsələdən deyil, ölkənin informasiya təhlükəsizliyindən və təminatından gedir. Bir gün sonra peşiman olarsınız. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )