Hüseynbala Mirələmovun "İKİ ŞAH, İKİ SULTAN" roman-trilogiyası yaxın günlərdə... -

Hüseynbala Mirələmovun "İKİ ŞAH, İKİ SULTAN" roman-trilogiyası yaxın günlərdə...

AZpress.AZ xəbər saytı Yazıçı Hüseynbala Mirələmovun yeni roman-trilogiyasını oxucularla bölüşür:

Yazıçı Hüseynbala Mirələmovdan yaxın zamanlarda tariximizi sevən oxucular üçün yeni roman-trilogiya:

"İKİ ŞAH, İKİ SULTAN"...


"...Son vaxtlar Sara Xatunun yuxusu ərşə çəkilmişdi. Bu gecənin də səhərini dirigözlü açmışdı: «Elə bil yerimə qor dolub. Kürəyimin arasından ağrı at çapır». Nigarançılıq, hadisələrin arzulamadığı şəkildə cərəyanı onu dara çəkirdi. Hər tərəfdən üstünə hücum çəkən qara-qura fikirlər, düşüncələr varlığını didib, əldən salırdı. Düzdür, bilirdi ki, Həsən mirzə özbaşınalıq etməz, sonuncu qətiyyətli addım üçün mütləq anasıyla məsləhətləşəcək. Ancaq bu məsləhətləşmənin axırı necə qurtaracaq? Yol qalmamışdı. Görürdü ki, artıq Uzun Həsən qəzəb qılıncını sıyırıb. Cahangir mirzənin hərəkətləri onu dəhşətli dərəcədə qəzəbləndirib. Bu vəziyyətdə onu düz yola gətirmək çətin idi. Həm də yola gətirmək məsələsi necə olacaqdı? Bu da Sara Xatuna qaranlıq idi. O hansı yumşaq tədbirə əl atmalıydı ki, Həsən mirzəni qane eləsin. Digər tərəfdən, əgər məsələ qətiyyətlə həllini tapmasa, nələrin baş verəcəyini Sara Xatun heç də Həsən mirzədən az bilmirdi. Bəlkə hələ Həsən mirzənin bildiklərindən daha artığı Sara Xatuna bəlliydi. Çünki oğlu Cahangir mirzənin təbiətində var-dövlətə hərislik, güclü tamahkarlıq var idi. Xəzinə toplamaq, qızıl-ziynət əşyaları yığmaq hərisliyi... gözünü tutmuşdu. Hətta eybəcər tamahkarlığı o həddə çatmışdı ki, azyaşlı uşaqlarını və ailəsini Sara Xatunun yanında, iqamətgahda qoyub özünə sadiq qüvvələrlə neçə müddətdi çəkilib getmişdi. Heç kimə sirr deyildi ki, Cahangir mirzə belə səssiz-sovsuz aradan çıxmaqla kifayətlənəsi deyil. Şübhəsiz, o, Amid bəyliyinin güclənməsini istəməyən qüvvələrlə birləşməyə çalışacaqdı. Necə ki, tarix bunu bir daha göstərdi..." 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )