Etibar Hüseynov: - Hörmətli Eldar Əzizov, bəlkə İPlərdən deyil, İTlərdən başlayaydınız? (+FOTO)

Etibar Hüseynov: Hörmətli Eldar Əzizov, bəlkə İPlərdən deyil, İTlərdən başlayaydınız? (+FOTO)

AZpress.AZ xəbər saytı Etibar Hüseynovun sahibsiz itlər haqqındakı yazısını oxucularla bölüşür:

Keçən il elə təxminən bu vaxtlar Sumqayıtda bir uşağı sahibsiz it parçaladı. Bu faciədən sonra qısamüddətli də olsa bir kampaniya başladıldı. Bakı şəhər İcra hakimiyyəti bəyan etdi ki, bəs ilin sonuna qədər bütün sahibsiz itlər yığışdırılacaq və müvafiq sığınacaqlara təhvil veriləcək. Hətta 24 saat fəalliyyət göstərəcək əlaqədar qurumun telefon nömrəsini də mətbuatda paylaşdılar. Amma ara sakitləşən kimi hər şey yenə köhnə məcrasına qayıtdı. İndi yenə də tək Sumqayıt və Xırdalan deyil, elə paytaxtın özünü də sahibsiz itlər başına alıb. BŞİH- nin o vaxt elan elədiyi nömrə də sən demə gözdən pərdə asmağa xidmət edirmiş. Yazılan statuslardan da məlum olur ki, elan olunduğu gündən bəri həmin nömrəyə heç kim cavab vermirmiş. Bəs indi nə olsun? Nəyi gözləyirsiniz? Hansısa kasıb balasının parçalanmasınımı? Hörmətli Eldar Əzizov bəlkə İPlərdən deyil, İTlərdən başlayaydınız? 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )