Ağcabədidə poçt işçilərinin peşə bayramı qeyd olundu - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədidə poçt işçilərinin peşə bayramı qeyd olundu +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, 9 oktyabr 2018-ci il tarixdə saat 12:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binasının qarşısında ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm abidəsinin önündə poçt işçilərinin peşə bayramı münasibəti ilə tədbir olmuşdur.
Tədbir İştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun xatirəsini yad etdilər.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər  şöbəsinin müdiri Naibə Mustafayeva poçt işçilərini təbrik edərək qeyd etdi ki, əlaqələrinin ilkin növü olan poçtun yaranma tarixi çox qədimdir. Bəşər sivilizasiyasının ilkin mərhələlərində quşlar, sonralar isə qasid və çaparlar vasitəsi ilə həyata keçirilən poçt rabitəsi inkişaf və təkmilləşmə prosesinə əsasən 16-cı əsrdən başlamış, İngiltərə, Fransa və digər ölkələrdə Kral poçtları yaradılmışdır. Beynəlxalq poçtun vahid qaydada qəbulu, tərtib olunması, daşınması və ölkə ərazisindən tranzit kimi istifadə edilməklə göndərilməsi isə 1874-cü il oktyabrın 9-da İsveçrənin Bern şəhərində 22 ölkənin iştirakı ilə yaradılan Ümumdünya Poçt Xidmətləri İttifaqı ilə tənzimlənmişdir. Ölkəmiz də 1993-cü ildən bu beynəlxalq quruma üzv qəbul olunmuşdur. Artıq neçə vaxtır ki, dünyanın bütün ölkələrində olduğu kimi, Ümumdünya Poçt Günü respublikamızda da qeyd olunur.
Tədbirin sonunda poçt sahəsində uzunmüddətli və nümunəvi fəaliyyətlərinə görə bir qrup əməkdaşa Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı verildi. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )