ATGTİ-da maarifləndirici seminar keçirilib - (+FOTOLAR)

ATGTİ-da maarifləndirici seminar keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 6 oktyabr tarixində "Azərbaycan Tələbə Gənlər Təşkilatı İttifaqı"nda (ATGTİ) "İnkişaf Zamanı" (Time For Development) proqramı çərçivəsində keçirilən "Real Əfsanələr" layihəsinin “Sahibsiz küçə heyvanlarına qarşı olan biganəlik hissinin azaldılması və himayəyə götürülməsi” mövzusunda maarifləndirici seminarı keçirilmişdir.

Seminarda iştirakçılarla sahibsiz küçə heyvanları ilə düzgün ünsiyyət formaları, onlara düzgün şəkildə yardımın edilməsi, empati, sahibsiz küçə heyvanları günü və dünyadakı sahibsiz küçə heyvanlarına qarşı edilən biganəliyin azaldılması istiqamətində müzakirələr edilib.

Qeyd edək ki, "Education HUB"ın təşkilatçılığı ilə “İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )