Rufiz Qonaqov: - İlham Heydər oğlu Əliyevin 15 illik prezidentlik dövrü

Rufiz Qonaqov: İlham Heydər oğlu Əliyevin 15 illik prezidentlik dövrü

Azərbaycanda ictimai-siyasi sabitlik daha da möhkəmlənmişdir; ölkədə demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində islahatlar aparılmışdır; Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə yüksəlmişdir; qeyri-neft sektoru 2,8 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır; ölkədə nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmişdir; ölkənin valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmış, 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur; “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini orbitə çıxaran Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur; Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilmiş, ölkə üzrə təbii qaz təchizatı 51 faizdən 95 faizə yüksəlmişdir; əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilmişdir; ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparmış, “ASAN xidmət” modeli Azərbaycanın brendinə çevrilmişdir; Azərbaycanın Silahlı Qüvvələri dünyada ən güclü 50 ordu sırasında yer almışdır; ölkənin beynəlxalq nüfuzu yüksəlmiş, 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir; dini etiqad azadlığının, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişafı təmin edilmişdir; ölkənin idman həyatında böyük uğurlar əldə edilmiş, Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” yarışları keçirilmişdir; Azərbaycan iqtisadi rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır.

“Ağ Yol” Vətəndaş Hərəkatı 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !