BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş - (+FOTOLAR)

BDU-da universitetdaxili “50+50” qrant proqramının qalibləri ilə görüş (+FOTOLAR)

Bakı Dövlət Universitetində universitetdaxili "50+50” qrant proqramının
növbəti mərhələsinin qalibləri ilə görüş keçirilib. Universitetin Elmi-Tədqiqat
Hissəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel
Məhərrəmov elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin
artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən
indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə
cəlb edilməsi məqsədi ilə bir sıra işlərin görüldüyünü, “50+50” qrant proqramının
da bu qəbildən olduğunu bildirib.
Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə 2018-
2019-cu illəri əhatə edən 50+50 qrant proqramı müsabiqəsində 89 nəfərin iştirak
etdiyini, onlardan 75 nəfərə 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin iyun
ayının 30-dək, 9 ay müddətinə fərdi qrantlar ayrıldığını bildirib.
Elmi-Tədqiqat Hissəsinin rəisi İzzət Əfəndiyeva iştirakçılara qrant
proqramının şərtləri, sənədləşmə və iş əsnasında yaranacaq məsələlər haqqında
məlumat verib.
Xatırladaq ki, universitetdaxili “50+50” qrant proqramı BDU-da çalışan
professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və bakalavr
pilləsində təhsil alan tələbələrin elm və təhsildə qazandıqları nailiyyətləri daha da
inkişaf etdirmək məqsədi ilə 2009-cu ildən təsis edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )