Ağcabədili fermer: Pambığı pambıq yığan maşınla yığmağa üstünlük verir - ViDEO+FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi ) (YENİLƏNDİ)

Ağcabədili fermer: Pambığı pambıq yığan maşınla yığmağa üstünlük verir ViDEO+FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi ) (YENİLƏNDİ)

Ağcabədi rayon sakini fermer İsgəndər Hüseynov uzun müddətdir pambıqçılıqla məşğul olur. Keçən il becərdiyi pambığın hər hektardan 45 sentner məhsul götürən fermer bu il də tarlalarda bol məhsul yetişdirib.
Fermer İsgəndər Hüseynov AZpress.AZ-ın bölgə müxbirinə bildirib ki, ölkəmizdə pambıqçılığın dirçəldilməsi digər fermerlər kimi mənimdə sevincimə səbəb olub: Bu il isə ruhlanaraq pambıq əkinlərini 77 hektarda əkmişəm ki, bu da keçən ilkindən çox hər hektardan 46-48 sentner məhsul gözləyirəm. Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Odur ki, bu il də tarlalarda bol məhsul yetişib. Artıq pambıq yığımına başlamışıq. Çalışacağam ki, ötən ildəkindən də yüksək məhsul götürüm. Gələcəkdə isə pambıq sahələrini daha da genişləndirəcəm".
Qeyd edək ki, Ağcabədi rayonunda bu il 10 min hektarda pambıq becərilib. Ötən il tarlalardan 20 min 497 ton pambıq istehsal edən Ağcabədi pambıqçıları bu il bu rəqəmi 25 min tona çatdırmağı qarşıya məqsəd qoyublar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !