Ağcabədidə doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağı keçrilib - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədidə doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağı keçrilib +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

2018-ci ilin doqquz ayında Ağcabədi rayonda iqtisadiyyatın əsas sahələri
üzrə məhsul buraxılışının həcmi 420.541,8 min manat olub. Bu dövrdə 25.428,5
min manatlıq sənaye, 152.942,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal
edilib, əsas kapitala 173.586,2 min manat investisiya yönəldilib. 2017-cı ilin eyni
dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 29,3 faiz, kənd təsərrüfatı
məhsulları istehsalı 14,6 faiz, əsas kapitala yönəldilən investisiyalar 43,7 dəfə
artıb.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda
2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında
səsləndirilib. Hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə
tikinti-quruculuq və abadlıq işləri sürətlənib. Bu dövrdə Ağcabədi şəhərinin
Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, İsmət Qayıbov və Nəsimi
küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə
başlanılıb. Tərtər-Hindarx avtomobil yolunun 38-41 kilometr hissəsi və Ağdam-
Hindarx-Ağcabədi avtomobil yolunun 25-37 kilometr hissəsi əsaslı təmir olunub.
Hazırda Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən
qurulması, Heydər Əliyev prospektində və Xəlfərəddin küçəsində abadlıq və təmir-
bərpa işləri davam etdirilir. Hacıbədəlli-Pərioğullar-Təzəkənd kəndlərarası
avtomobil yolunun yenidənqurması işləri başa çatmaq üzrədir. Atçılıq
kompleksinin, Sukanal idarəsinin inzibati binasının, şəhər 2 saylı körpələr evi-uşaq
bağçasının, avtovağzal kompleksinin, “Asan xidmət” Mərkəzinin, Heydər Əliyev
prospektində saat qülləsinin tikintisi aparılır, şəhər 7 saylı körpələr evi-uşaq
bağçası əsaslı təmir olunur.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki,
2018-ci təsərrüfat ilində rayonda 25 min 211 hektar sahədə buğda, 4551 hektarda
arpa, 883,4 hektarda şəkər çuğunduru, 2116 hektarda soya, 892,35 hektarda
tərəvəz, 540 hektarda bostan, 1654,50 hektarda qarğıdalı, 193,50 hektarda kartof
və 10 min hektarda pambıq bitkiləri əkilib. 106 min 959 ton taxıl, 37 min 146
kiloqram barama istehsal olunub. Hazırda rayonda digər kənd təsərrüfatı bitkiləri,
o cümlədən pambıq istehsalı davam edir.
Diqqətə çatdırılıb ki, rayon ərazisində “Aqropark” yaradılması məqsədilə
dövlət fonduna aid 4800 hektar qış otlaq sahəsinin təyinatı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında dəyişdirilib. “Aqropark”
ərazisində 1215 hektar sahənin suvarılması üçün 11 ədəd müasir pivot suvarma sistemi qurulub, nasos stansiya tikilib istifadəyə verilib, 1050 hektarda soya bitkisi əkilib.

Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin,
mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub,
əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs
edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !