“Qalereya-1969”da maraqlı fotosərgi... - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Qalereya-1969”da maraqlı fotosərgi... +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, oktyabrın 19-da “Qalereya-1969”da Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə fotosərginin açılışı olub.

AZpress.AZ xəbər verir ki, ekspozisiyanın açılışında Qlobal Fotoqraflar Birliyinin (GPU) üzvü olan 7 ölkənin tanınmış fotoqrafları ilə görüş keçirilib.

Sərgidə 50 dünya şöhrətli müəllifin fotoları təqdim edilib. Sərgiyə gələnlər fotoqraflara suallarla müraciət ediblər.

Qeyd edək ki, Azərbaycan 12 ölkədə nümayəndəliyi olan GPU-nun fəal üzvüdür. Hazırda GPU-nun prezidenti Manolis Metzakis, habelə İdarə Heyətinin üzvləri ölkəmizdə səfərdədirlər. Onlar GPU İdarə Heyətinin Bakıda keçiriləcək iclasında iştirak edəcəklər.

Oktyabrın 20-də Azərbaycan Fotoqraflar Birliyində görüş keçiriləcək. Görüşdə GPU İdarə Heyətinin ölkəmizdəki rəsmi regional nümayəndəsi təsdiq ediləcək, habelə Bakıda Fotoqrafiya Festivalının keçirilməsi məsələsi müzakirə ediləcək.

Bu gün fotoqrafiya sərhəd tanımayan, dünyanın hər yerindən yüz minlərlə fotoqrafı öz sıralarında birləşdirən bir sənətdir. Təsadüfi deyildir ki, beynəlxalq assosiasiyalar, o cümlədən Qlobal Fotoqrafiya Birliyi müxtəlif ölkələrin bu sənətə sevgisi olan nümayəndələrini öz cərgələrinə cəlb edirlər.

Sərgi oktyabrın 21-dək davam edəcək.