Məktəblilərin debat klubu Quba rayonunun Qəçrəş kəndində - (+FOTOLAR)

“Məktəblilərin debat klubu” Quba rayonunun Qəçrəş kəndində (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi olan "Məktıblilərin debat klubu” adlı layihə çərçivəsində Quba rayonunun Qəçrəş kənd tam orta məktəbində təlim keçirilib.
Tədbirdə çıxış edən layihə rəhbəri, Quba rayonu Qəçrəş kənd tam orta məktəbinin müəllimi Aygün Mövlanova layihə barədə məlumat verərək bildirib ki, məqsəd məktəblilərinin natiqlik bacarıqlarının artırılması, fikiryürütmə, təhliletmək, araşdırmaq, nəticə çıxarmaq kimi keyfiyyətlərinin yüksəldilməsinə xidmət etmək, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.
Tədbirdə çıxış edən Qəçrəş kənd tam orta məktəbinin direktoru Həbib Hacıyev bu kimi
layihələrin şagirdlərin natiqlik bacarıqlarının inkişafında, təhliletmə qabiliyyətlərinin
yüksəlməsində əhəmyyətni qeyd edərək həm məktəbin müəlliminə bu nəcib
təşəbbüsünə görə, həm də təhsil nazirliyinə bu ideyaya dəstək verdiyi üçün təşəkkürünü
bildirib.
Daha sonra 15 nəfər yuxarı sinif şagirdinin iştirakı ilə “Natiqlik bacarıqları”, “Debat, onun qaydaları”, spikerlik, arqument, inkar və təsdiq kimi anlayışlar haqqında 2 günlük təlim keçirilmişdir.
Təlimin sonunda iştirakçılara layihə çərçivəsində hazrılanmış sertifikatlar təqdim
edilmişdir. 3 ay müddəti əhatə edən və noyabr ayında yekunlaşacaq layihə çərçivəsində Quba
rayonunun 3 kənd məktəbində - Hacıqayıb, Ağbil və Qəçrəş kənd məktəbinin şagirdləri
ilə artıq təlimlər başa çatıb.
Təlim keçirilən məktəblilərin iştirakı ilə 27 oktyabr tarixində Quba rayonunda məktəblilər
arasında ilk mini debat turniri təşkil ediləcəkdir.
Ümumilikdə, layihədən kənd məktəblərində yaşayan və təhsil alan 45 nəfər yuxarı sınif
şagirdi bəhrələnəcəkdir.
Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət
ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan
edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif
olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla
ümumilikdə 166 layihə qalib elan edilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !