Məsud Rüstəmlinin "Sağlam övlad, xoşbəxt ailə" adlı fərdi sərgisi keçirilib - + FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov)

Məsud Rüstəmlinin "Sağlam övlad, xoşbəxt ailə" adlı fərdi sərgisi keçirilib + FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov)

AZpress.AZ xəbər verir ki, 20 oktyabr.2018 tarixində Xətai Sənət Mərkəzində Məsud Rüstəmlinin təqdimatında "Sağlam Övlad, Xoşbəxt Ailə" rəsm vəəl işləri sərgisi keçirildi. Kiçik yaşlarından uşaqlara incəsənəti sevdirmək, onları bu sahədə yetişdirmək olduqca faydalıdır. Həm sənət dünyamız üçün, həm uşaqların dünyası üçün. Balaca rəssamımızın əl işlərindən ibarət sərgini sizlərə təqdim edirik. Qeyd edək ki, bu balaca rəssamın ilk fərdi sərgisi idi. Baş tutan tədbirdəəvvəlcə açılış nitqi üçün söz Azərbaycanın xalq rəssamı Arif Hüseynova verildi. Ardınca Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzovun və qrafik rəssam Aydan Vəliəhdin çıxışı baş tutdu. Rəsmi hissənin sonunda rəssam balamızın valideynləri, ölkənin tanınmış psixoloqları Elnur Rüstəmov və Narınc Rüstəmova nitq səsləndirərək öz sevinc hisslərini bölüşdülər, gələn qonaqlara təşəkkür etdilər. Sonra isə qeyri-rəmi hissəyə keçid edildi. Balaca qonaqların da iştirakı ilə keçirilən sərgidə rəsmlərin təqdimatından sonra əyləncəli oyunlar keçirildi. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )