Balacalara sevinc gətirən zoopark... - (+ViDEO)(YENİLƏNDİ)

Balacalara sevinc gətirən zoopark... (+ViDEO)(YENİLƏNDİ)

Sumqayıtda ilk dəfə olaraq mini zoopark yaradılıb. Əsasən uşaqların əyləncəsi üçün fəaliyyətə başlayan zooparka 30-a yaxın müxtəlif növ heyvan gətirilib. Oradakı heyvanların hamısı əhilləşdirilib. Ən maraqlısı da budur ki zooparka giriş dərslərindən beş alan şagirdlər üçün pulsuzdur.

Qarabağ cinsindən olan at, meymun və bir çox digər heyvanlar…

Görüntülər Sumqayıtda yerləşən mini zooparkdandır. Şəhərdə ilk dəfə istifadəyə verilən heyvanat parkında 30-a yaxın müxtəlif növ heyvan var.

Zooparkdakı heyvanların hamısı insanla təmasda ola bilməsi üçün əhilləşdirilib. Bura gələn insanlar onları oxşaya, hətta şəkil də çəkdirə bilərlər.

3-cü mikrorayon ərazisində yerləşən zooparkın açılmasına ən çoxsevinənlər isə balacalardır.

Mini Zooparka giriş 2 manatdır. Lakin bu ödəniş dərslərindən əla qiymət alan şagirdlərə şamil edilmir. Zooparkın direktoru bildirib ki, istənilən şagird gündəliyindəki 5 qiymətini göstərərək heyvanat parkına ödənişsiz daxil ola bilər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !