Çin Xalq Respublikası şirkətlərinin nümayəndələri ilə görüş keçirilib - (+FOTOLAR)

Çin Xalq Respublikası şirkətlərinin nümayəndələri ilə görüş keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, oktyabrın 24-də Dövlət Gömrük Komitəsində Azərbaycanda fəaliyyət göstərən Çin Xalq Respublikası şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin məsul vəzifəli şəxsləri, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan və bu ölkədən olan iş adamları iştirak edib.
Qonaqları səmimi salamlayan İsmayıl Hüseynov bildirib ki, Azərbaycanla Çin Xalq Respublikası arasında dostluq münasibətlərinə söykənən əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr dinamik şəkildə inkişaf edir.
Komitə sədrinin birinci müavini Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, ixrac və tranzit potensialının artırılması istiqamətində mühüm islahatlar həyata keçirildiyini və bu islahatların gömrük sisteminin də inkişafına ciddi təkan verdiyini diqqətə çatdırıb. Xüsusilə iş adamları üçün gömrük sistemində yaradılan münbit şəraitdən bəhs edən İsmayıl Hüseynov gömrük-biznes münasibətlərinin inkişafı sahəsində görülən işlər barədə məlumat verib.
Görüşdə vurğulanıb ki, iki ölkə arasında ticarət dövriyyəsi mütəmadi olaraq artmaqdadır və bu iqtisadi sfera da əlaqələrin müsbət dinamikasının göstəricisidir.
Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan görüşün təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib, ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib. Müşavir Azərbaycanı Çinin ənənəvi dostu və tərəfdaşı, mühüm nəqliyyat dəhlizi üzərində yerləşən strateji ölkə kimi səciyyələndirib. Qeyd edilib ki, son illər iki ölkə arasında münasibətlər sağlam və sabit şəkildə inkişaf edir, iqtisadiyyat, ticarət, enerji, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq dərinləşir.
Çinli diplomat Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda siyasi sabitliyin və sosial təhlükəsizliyin təmin olunduğunu bildirib, fəal investisiya mühitinin formalaşdırılması, xarici investisiyaların cəlb edilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb, Azərbaycan gömrük orqanlarının da bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra görüşdə Çin Xalq Respublikasından olan iş adamlarının rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !