Best Model of Azerbaijan 2018 - - Opening Party

Best Model of Azerbaijan 2018 - Opening Party

Ötən gun Vertical 29 da, beynəlxalq müsabiqənin milli seçmələrinin açılış partisi baş tutu. Parti qapalı olduğundan, müsabiqə iştirakşıları , partnyorlar, təşkilatı komitə və münsiflər heyətinin iştirakı olmuşdu. Gecədə xüsusi qonaq qismində, DJ Çina yer alıb.

 

 

Müsabiqənin ən kiçik finalçının yaşı 16, ən böyük finalçının yaşı isə 30-dur.

 

 

Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şair Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, iş xanımı Ruhi Əliyeva, jurnalist Elçin Əmirov, modelyer Afaq İsmayılzadə, xoreoqraf Syama Həsənova, Kəngərli Group rəhbəri Cəlal Kəngərli və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.

 

 

Final tarixi bəlli olmasa da, tədbirin aparıcısı Samir Bayramlıdır.

 

Layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanova, rəsmi partnyoru Ləman Mirtalıblıdır.