Mehriban xanım Əliyeva Qoşqarın müalicəsini öz nəzarətinə götürdü -

Mehriban xanım Əliyeva Qoşqarın müalicəsini öz nəzarətinə götürdü

2016-cı ilin aprel ayında Qarabağda gedən döyüşlərdə ağır yaralanmış Qoşqar Hacıyev bir aya yaxındı komadadı .
Səhhəti pisləşən Qoşqar bir aya yaxındı Bakıda Hərbi Hospitalda həkim nəzarəti altında müalicə olunurdu . Ailəsi qazini yenidən Türkiyədə müalicəsi üçün müraciət etmişdi .
Onu da xatırladaq ki , Hacıyev Qoşqar Zahid oğlu. Qarabağda gedən Aprel döyüşləri zamanı snayper atəşinə tutulub, sağ gözünü tamamilə itirib. Çox sayda əməliyyat Qoşqarın yalnız həyatda qalmasına kömək olub. Hal-hazırda başında çox qəlpə var. Güllələr başının sağ tərəfinin kəllə sümüyünü dəlib-dağıdıb və kəsilməsinə səbəb olub. Sinir damarları məcburən kəsildiyi üçün bədəninin sol tərəf tam hərəkətsiz hala düşüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın təşəbbüsüylə aprel qazisi iki dəfə Türkiyəyə müalicəyə göndərilib. Sonuncu dəfə 2017-ci ilin martında başına stent yerləşdirilib.

Mehriban xanım Əliyevanın köməkçisi, Heydər Əliyev Fondunun direktoru Anar müəllimə zəng edib ailənin müraciətini çatdıranda onun tək sözü - “hər zaman qazimizin yanındayıq” oldu.

Ailəyə sonra zəng edərək bildirilib ki , narahatçılığa heç bir səbəb yoxdu . Çünki qazimizlə bağlı Mehriban xanım bütün lazımi dəstəyin göstərilməsini söyləyib .
“Gülhanə“” ilə danışıqlara başlandıqdan cəmi bir neçə saat sonra qazimizin ailəsinə Qoşqarı “Gülhanə”də müalicə edən həkimlərin Bakıda “EGE” Hospitalda çalışdıqları barədə məlumat verilib .
Ağır vəziyyətdə olan Qoşqarın Türkiyəyə getməsinə bir səbəb qalmadı .
Qoşqar artıq həmən xəstəxanaya köçürülüb . 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !