Türkiyə səfirliyində rəssamların ” Vətənpərvərlik “etüdlərindən ibarət sərgisi keçirildi - +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

Türkiyə səfirliyində rəssamların ” Vətənpərvərlik “etüdlərindən ibarət sərgisi keçirildi +FOTOLAR ( AZpress.AZ - Minə Türksoy )

AZpress.AZ saytının məlumatına əsasən bildiririk ki, ötən günlərdə Türkiyə Cumhiriyyətinin Azərbaycandakı səfirliyində Bakının 15 sentyabr 1918 ci ildə daşnak-bolşevik işğalından qurtuluşunun 100-cü il dönümünə həsr olunmuş “Vətənpərvərlik etüdləri “ adlı sərgi keçirilmişdir.Sərgidə rəssamlar iki dövlət arasında olan dostluq , qardaşlıq illərlə ayrılmaz bağlarının sarsılmaz anlarını və bir çox tarixi şəxsiyyətlərin , milli qəhrəmanların Türk şəhidlik abidələrini öz əsərlərində əks etdirmişdilər.Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Rəssamlar İttifaqının sıx əməkdaşlı ilə ərsəyə gələn sərgidə rəssamların vətən, şəhidlər mövzusunda əsərləri sərgilənib . Sərgi Səfirliyin “Nuri Paşa “ sərgi salonunda gerçəkləşib. Sərgidə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Erkan Özoral və xanımı iştirak etmişdir.Cənab səfir iki xalq arasında olan əsrlik dostluq və qardaşlıqdan danışmış, uzun illər hər iki xalqın düşmənlərə qarşı olan müharibələrdə bir-birinə güvənərək bu döyüşlərdə saysız hesabsız şəhid verməklərinə baxmayaraq Müstəqilliyini qoruyub saxlamasını qeyd etmiş , bundan sonra da bu dostluğun daha da möhkəmlənməsi üçün iki dövlət arasında sarsılmaz körpülərin salınacağını qeyd etmişdir. Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, TOHGMB sədri Emin Həsənli də öz çıxışları zamanı 100 illik münasibətlədən danışmış rəssamların bu işlərini alqışlamışlar. Nəzərinizə çatdıraq ki, bir çox maraqlı və uğurlu layihələrə təşkilatçılıq edən Elnurə və Aygün İsgəndərovaların bu layihələridə uğurla sərgiləndi. Aygün və Elnurə İsgəndərovalar belə layihələrin davamlı olacağını qeyd etmişlər. Sonda təşkilatçılara və iştirak edən rəssamlara fəxri fərman və hədiyyələr təqdim olunmuş xatirə şəkilləri çəkilmişdir.

AZpress.AZ, Minə Türksoy 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )