Xalq rəssamı Rafiq Mehdiyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Xalq rəssamı Rafiq Mehdiyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Oktyabrın 30-da Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Xalq rəssamı Rafiq Mehdiyevin 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZpress.AZ xəbər verir ki, “İz” layihəsi çərçivəsində reallaşan tədbirdə əvvəlcə rəssamın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.

Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov çıxış edərək sənətkarın yaradıcılığından danışıb, sənət fəaliyyəti haqqında məlumat veriblər.

Bildirilib ki, 1933-cü il iyunun 10-da Şahbuz rayonunda anadan olan R. Mehdiyev, 1948-1953-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda, 1953-1958-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsində təhsil alıb. Onun yaradıcılığında rus rəssamlıq məktəbinin böyük təsiri olub. Kitab qrafikası sahəsində ardıcıl fəaliyyət göstərən rəssam Cəlil Məmmədquluzadənin müxtəlif illərdə nəşr olunan “Poçt qutusu”, “Saqqallı uşaq”, “Danabaş kəndinin əhvalatı”, “Qurbanəlibəy” əsərlərinə illüstrasiyalar çəkib.

Qeyd edilib ki, rəssamın yaradıcılığında dəzgah qrafikası mühüm yer tutur. Rafiq Mehdiyevin “Axşam” və “Səhər” (1970-ci illər) adlı ofortlarında lirik kənd mənzərəsi əks olunur. Onun linoqravüra texnikasında yaratdığı əsərlər maraq doğurur. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə rus yazıçısı N.Poqodinin “Silahlı adam”, eləcə də M.İbrahimovun “Gələcək gün” romanına çəkdiyi linoqravüralar nümayiş etdirilib. Rafiq Mehdiyev monotipiya texnikasında bir sıra əsərlər də yaradıb. Onların içərisində “Kənd”, “Uşaqlar”, “Qadın uşaqla birlikdə”, “Bazarda”, “Bir cərgə”, “Son gün”, “Güllələnmə”, “Bir cərgə”, “Yağışdan sonra” tablolarının adlarını qeyd etmək olar.

Rəssam dəzgah qrafikası ilə yanaşı, bir-birindən gözəl və maraqlı rəngkarlıq nümunələrinin də olduğunu söyləyən natiqlər diqqətə çatdırıblar ki, Rafiq Mehdiyevin “Əməyə eşq olsun” respublika bədii sərgisində “Üzüm yığanlar”, “Təzə xəbər”, “İstirahət”, “Natürmort” tabloları uğurla təqdim edilib.

Qeyd edilib ki, Rafiq Mehdiyev 1980-ci ildə Əməkdar rəssam, 1992-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.

Rəssamın ailəsi adından çıxış edən oğlu, Əməkdar rəssam Rəşad Mehdiyev tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində Rafiq Mehdiyevin bir sıra əsərlərinin təqdimatı da keçirilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !