“Məktəbli eruditlər” layihəsinin qalibi Quba məktəbliləri olub -

“Məktəbli eruditlər” layihəsinin qalibi Quba məktəbliləri olub

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"nin fərdi kateqoriya üzrə qalibi Quba rayon Təlabıqışlaq kənd tam orta məktəbinin müəllimi Nərgiz Mahmudovaının icra etdiyi "Məktıbli eruditlər" region məktəblilərinin intellekt festivalı adlı layihə çərçivəsində Quba rayonunda məktəblilərin Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə final mərhələsinin oyunu keçirilib.

Rəsmi hissədə çıxış edən layihə rəhbəri Nərgiz Mahmudova layihəsini dəstəklədiyinə görə əhsil Nazirliyinə və regionda uurla icrasına kömək göstərdiklərinə görə Quba, Qusar və Şabran rayon təhsil şöbələrinə münnətdarlığın bildirib. Layihə barədə məlumat verən natiq qeyd edib ki, məqsəd məktəblilərinin asudə vaxtlarının intellektual oyunlar vasitəsilə səmərəli təşkilinə nail olmaq, onlarda oxumağa, təhsilə, elmə maraq oyatmaq və dünyagörüşlərinin, məntiqi təhliletmə bacarıqlarının inkişafına təkan verməkdir.

Bu məqsədlə layihə çərçivəsində Quba, Qusar və Şabran rayonlarında seçim turları keçirilib və nəticədə hər rayonda ilk 3 yeri tutan komndalar final iştirak etmək hüququ əldə edib. Yarışda iştirak edən Quba, Qusar və Şabran məktəblilərinə uğurlar arzu edən layihə rəhbəi bu tipli tədbirlərə şagirdlərin marağını nəzərə alaraq gələckdə də müxtəlif layhələrin icrasının münkünlüyünü qeyd edib.
Tədbirdə çıxış edən Quba rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova bu kimi tədbirlərin şagirdlərin ictimai aktivliyinin artırılmasında, sosiallaşmasında, şəbəkələşməsində, eləcə də tədrisə maraq oyanmasında müstəsna əhəmiyyyəti olduğunu bildirərək layihə rəhbərinə bu ideyasını rəli sürdüyünə görə və layihəni dəstəklədiyinə görə Təhsil Nazirliyinə təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra yarışa start verilmişdir.

Final mərhələsində Quba şəhər 2 saylı məktəb-lisey, Texniki Təmayllü Lisey və Zərdabi qsəbə tam orta məktəbinin, Qusar şəhər 1 və 3 saylı və Balaqusar kənd tam orta məktəbinin, Şabran rayon 1,3 və 5 saylı tam orta məktəblərinin şagirdləri də iştirak edib
Ümumilikdə 9 komanda tərkibində 54 nəfər şagirdin qatıldığı turnirdə qalib adını Quba şəhər 2 saylı məktəb-liseyin “İstedadlar” komandası tutub. Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbinin “Atom” biliciləri ikinci, Qusar şəhər 1 saylı tam orta məktəbinin “Varlord” komandası isə üçüncü mükafata sahib çıxıb.

Yekunda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi” dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.