MƏNİM YAY TƏTİLİM-2018 Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi... -

“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi...

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 12 yaşa qədər uşaqlar və 12-17 yaş arası uşaqlar olmaqla iki gün 5 noyabr saat 16:00-da və 6 noyabr saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.
Müsabiqəyə uşaq və yeniyetmələr yay tətili xatirələrinə uyğun əsərlər təqdim etmişlər. Müsabiqədə 700 yaxın uşaq, 1700-ə qədər əsəri iştirak etmişdir. Münsiflər heyətinin seçimi ilə II tura keçmiş 12 yaşa qədər 150-yə uşağın 160 işi ilə və 12-17 yaş arası 140 uşaq 145 işi ilə iştirakı nəzərdə tutulur.
Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim olunacaq.
Müsabiqədə Xırdalan, Xətai, Masallı, Suraxanı, Gəncə, Şamaxı, Goranboy, Lənkəran, Yasamal, Şəki, Quba, Hacıqabul, Binəqədi, Sumqayıt, Qax, Salyan bölgələrin məktəbliləri, o cümlədən 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 4 nömrəli Uşaq İncəsənət Məktəbi, 5 nömrəli Uşaq İncəsənət Məktəbi, Ağdaş rayon Mələk art studiya, An tədris mərkəzi, Azline tədris mərkəzi, Biləyən tədris mərkəzi, Elif Tədris Mərkəzi, Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbi, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbi, For you tədris mərkəzi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy rayon Uşaq Gənclər İnkişaf Mərkəzi, Göyərçin rəsm kursu, Günxanart studiya, Xırdalan şəhər Mədəniyyət evi, KamArt İncəsənət Qalereyası, Qax rayon Uşaq İncəsənət Məktəbi, Quba Uşaq İncəsənət Məktəbi, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı Onbirillik incəsənət məktəbi, Masallı şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyi, Maştağa Mədəniyyət Mərkəzinin rəsm kursu, Modern English tədris mərkəzi, Mübariz İbrahimov adına yaradıcılıq mərkəzi , Panda School Baku filialı, Salyan rayon Heydər Əliyev Mərkəzi, Şəki şəhər Uşaq İncəsənət Məktəbi, Zığ qəsəbə mədəniyyət evinin rəssamlıq kursu, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !