Ağcabədidə yeni subartezian quyuları istifadəyə verilib - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədidə yeni subartezian quyuları istifadəyə verilib + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılır.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 31-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Ağcabədi rayonunda qazılmış 19 ədəd subartezian quyusu istifadəyə verilib. Bu münasibətlə rayonun Şərəfxanlı kəndində keçirilən tədbirdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və rayon icra hakimiyyətinin nümayəndələri, aidiyyəti idarə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov və rayon rəhbərliyi tədbirdə çıxış edərək əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, Azərbaycanda torpaqlardan istifadənin səmərəliliyinin artırılması və əkinəyararlı torpaqların genişləndirilməsi məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, o cümlədən əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə Ağcabədi rayonunda 2005-1018-ci ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 200 ədəd subartezian quyusu qazılıb istifadəyə verilib. Bu gün isə rayonunun Hindarx, Poladlı, Taynaq, Sarıcalı, Şərəfxanlı, Bala Kəhrizli, Muğanlı, Hüsülü, Göyük, Minaxorlu, Yuxarı Qiyaməddinli, Şahsevən qəsəbə və kəndlərində, həmçinin Lənbəran qışlağı ərazisində Atçılıq Təsərrüfatının sahəsində ümumilikdə 19 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilir. Bu subartezian quyuları vasitəsilə 570 hektar əkin sahəsi suvarılacaq.
Tədbirdə çıxış edən kənd sakinləri suvarma suyuna olan tələbatlarının ödənilməsinə, əhaliyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !