Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi kollektivə təqdim olunub - (+FOTO)

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi kollektivə təqdim olunub (+FOTO)

AZpress.AZ xəbər verir ki, Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi vəzifəsinə təyin olunmuş hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov bu ali təhsil müəssisəsinin kollektivinə təqdim edilib.

Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük general-mayoru, texnika elmlər doktoru İqbal Babayev Qulu Novruzovu təbrik edib, yeni vəzifəsində və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. İqbal Babayev Qulu Novruzovun fəaliyyətindən söz açaraq, onun təhsil sahəsində böyük yol keçdiyini bildirib və səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İqbal Babayev Dövlət Gömrük Komitəsinin Akademiyasının daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və bu etimadı doğrultmaq üçün çalışacağını deyib.
 

 
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !