Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb - (+FOTOLAR)

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “AmCham”ın üzvləri ilə görüşüb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Bakı – 1 noyabr 2018-ci il.Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) “Mastercard” şirkətinin dəstəyi ilə öz üzvləri üçün Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovuniştirakı ilə müşayiət olunan aylıq işgüzar nahar təşkil edib.

E. Rüstəmovölkə Prezidentinin 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”, onun strateji istiqamətləri və icra tədbirləri barədə çıxış edib. Bununla yanaşı, işgüzar nahar“AmCham”ın üzvü“FA International Trade Events”şirkəti və “Junior Achievement Azerbaijan” təşkilatıtərəfindən keçirilmiş təqdimatlarla yadda qalıb.Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə 150-dən çox qonaq iştirak edib.

“Mastercard” şirkətinin dəstəyi ilə təşkil olunan aylıq işgüzar naharda şirkətinİctimai Siyasət üzrə regional direktoru Süleyman Sözeri də çıxış edərək şirkətin Azərbaycandakı fəaliyyəti və Dövlət Proqramının hazırlanması zamanı Mərkəzi Bankla birgə həyata keçirilən “Nağdsız Azərbaycan” layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən E.Rüstəmov qəbul edilmiş Dövlət Proqramının strateji əhəmiyyətindən, Proqramda nəzərdə tutulan və rəqəmsallaşmanı genişləndirəcək infrastruktur layihələrindən, rəqəmsal ödənişlərin genişlənməsinin makroiqtisadi siyasətineffektivliyinin artmasına təsirlərindən, eləcə də Proqramın hazırlanması zamanı sıx əməkdaşlıq edilən “Mastercard” təşkilatı ilə ikitərəfli qarşılıqlı münasibətlərdən danışıb. E.Rüstəmov iştirakçılara ölkədə dayanıqlı iqtisadi artımın əsas şərti olan makroiqtisadi sabitlik üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələrhaqqında ətraflı məlumat verib.

O, həmçinin, fiskal siyasətin də monetar siyasətlə birlikdə xarici şoklaradayanıqlığının təmin edilməsinin, daxili borc bazarının inkişafına zəruri dəstəyin vacibliyini və cari ildə kredit aktivliyi tədricən bərpaolunsa da bank sektorunda əlavə sağlamlaşdırılmatədbirlərinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

E.Rüstəmov başlanmış pozitiv meyillərin qorunmasının, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və iqtisadi artımın sürətləndirilməsininortamüddətli dövrün başlıca prioriteti olduğunu bildirib: “Ortamüddətli dövrdə optimist proqnozların reallaşması üçün yaxşı harmonizasiya olunmuş siyasət tədbirləri, prioritet xarakterli iqtisadi islahatların reallaşdırılması tələb olunur. Mərkəzi Bank da ölkədə aparılan islahatların və yeridilən iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək”.

Çıxışının sonunda AMB-nin sədri biznes üçün əlverişli mühit quruculuğunda Mərkəzi Bankın rolunun vacibliyini qeyd edərək biznes sektoru nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılmasına, həmçinin, tədbirə dəvətə görə Azərbaycanda Amerika Ticarət Palatasına və “Mastercard”ın nümayəndələrinətəşəkkürünü bildirib.

Qeyd edək ki, “AmCham Azərbaycan” üzvlərinin işgüzar naharı Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, Azərbaycan parlamentinin üzvləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.Azərbaycanda Amerika Ticarət Palatası xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv və köməkçi şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.


 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!