Musiqili Teatrın yaradıcı gəncləri xarici qonaqları təəccübləndirdilər - (+FOTOLAR)

Musiqili Teatrın yaradıcı gəncləri xarici qonaqları təəccübləndirdilər (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, “Four Seasons Hotel” də Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq,təbliğ etmək məqsədilə Rusiya Federasiyası, İngiltərə, Portuqaliya, İtaliya və dünyanın digər yerlərindən ölkəmizə gələn qonaqlar üçün yaddaqalan şou-proqram təqdim olunub.

Proqramda Azərbaycanın incəsənət nümayəndələrinin nümayiş etdirdiyi nömrələr sırasında Musiqili Teatrın əməkdaşı Zaur Əliyevin quruluşunda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası da təqdim olunub.Əsərdə coşqun ruhlu baş qəhrəmanlar — Əsgər və Gülçöhrənin böyük və səmimi məhəbbəti, Süleyman, Asya, Cahanxala, Soltanbəy, Telli, Vəlivə s. Kimi obrazların özünəməxsusluğu pantomim hərəkətlərlə göstərilib.

Musiqili klassik pantomim janrında ifa olunan bu sənhəcik aktyorların pantomim hərəkətləri, milli geyimlərinin rəngarəngliyi ilə xarici turistlərin diqqətini çəkib, xüsusi rəğbətlə və sürəkli alqışlarla qarşılanıb.

Tamaşanı Musiqili Teatrın gənc aktyorları – Əmrah Dadaşov, Ruslan Mursəlov, Nərmin Əliyeva, Fərid Muradoğlu, Pərvin Dadaşov, Eleanora Mehdiyeva, həmçinin,teatrın nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studuyasının gənc istedadları- Nadir Rzayev, Nigar Qarayusifli ifa ediblər.

 

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!! 
ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !