Restoranda yeməkdə insan əti tapıldı - (+FOTO)

Restoranda yeməkdə insan əti tapıldı (+FOTO)

Tailandda restoranların birində baş verən hadisə eşidənləri şoka salıb. AZpress.AZ Aznyus.az-a istinadən xəbər verir ki, vegeterianlar üçün nəzərdə tutulmuş məşhur restoranların birində müştərilərə insan əti verildiyi məlum olub.

 

Məlumata görə, onlara təqdim edilən yeməklərin tərkibində ət olduğunu hiss edən vegeterianlar müvafiq qurumlara şikayət ediblər. Şikayət əsasında həmin yeməklərdə istifadə olunan ət labarator müayinəyə göndərilib. Nəticədə həmin ətin insan əti olduğu ortaya çıxıb.

 

Araşdırmanı genişləndirən rəsmilər restoranının arxa tərəfindəki çuxurda bir kişi meyitinə rast gəlib. Onun restoranın daimi müştərilərindən olan 61 yaşlı Prasit Inpathom olduğu müəyyənləşdirilib. Meyitin üzərində zorakılıq əlamətləri və xeyli sayda bıçaq zərbəsi olduğu bildirilib.

 

Yerli mətbuatda bu hadisə böyük maraqla qarşılanıb. Restoran sahibinin cəsəddən xilas olmaq üçün onu bişirərək müştərilərə yedirtdiyi və cinayətdən sonra qaçdığı müəyyənləşdirilib.

 

Rəsmilər neçə müştəriyə insan əti verildiyinin hələ məlum olmadığını qeyd edib. Buna səbəb kimi cəsədin bir neçə hissəyə ayrıldığı göstərilib. 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !