ƏSA Teatrı ilk qastroluna Naxçıvandan başlayır - (+FOTOLAR)

ƏSA Teatrı ilk qastroluna Naxçıvandan başlayır (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Naxçıvan Dövlət Musiqili Dram Teatrında həyata keçirəcək.

 

Amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyilə 29 noyabr saat 19:00-da baş tutacaq.

 

İlk dəfə 19 dekabr 2017-cı ildə ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə paytaxtda nümayiş olunan tamaşa çox sayda teatr tamaşaçılarının, dövlət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış sənət adamlarınin sevgisini qazanmışdır.

 

Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

 

Tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə
Baş produseri və səhnə tərtibatçısı Nicat Qulam
Multi-media meneceri Elxan Xanəlizadə
Rejissoru Elşən Əsgərov
İşıq rəssamı Binyamin Sailov
Qrim üzrə rəssamı Könül Şahbazova

 

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lələyev, Nihad Ari, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Coşqun Məmmədov canlandıracaq.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
Ş
ƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )