Artxronika: Leonid Bajanov, 60-80-ci illərdə bədii proseslər... - +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

Artxronika: Leonid Bajanov, 60-80-ci illərdə bədii proseslər... +FOTOLAR ( AZpress.AZ - Sadıq Əliverdibəyli)

60-80-Cİ İLLƏRDƏ SSRİ-DƏ BƏDİİ PROSESLƏR:


SƏRGİ HAQQINDA SÖHBƏT


AZpress.AZ xəbər verir ki, 1 noyabr tarixində, XX –XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Artxronika" maarifçilik layihəsinin növbəti tədbiri keçirildi. Tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslarından biri Leonid Bajanov idi . Rusiyalı ekspert, 60-80-ci illərin rus “underground” (yeraltı) mədəniyyətinin formalaşmasından, yeni cərəyanlardan, sosial realizmdən uzaqlaşma haqqında bəhs etdi. 60-80-ci illərin sovet incəsənətinin daha bir özəl xüsusiyyəti, milli rəssamlıq məktəblərinin çiçəklənməsidir və bu məktəblərdən hər birinin özünəməxsus dəsti-xəttinin olmasıdır.
Qeyd edək ki, Leonid Bajanov rəssamlıq sənətini Boris Birqerin studiyasında öyrənib. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq bölməsini bitirib. Çoxsaylı məqalələrin müəllifi, Rusiyada və xaricdə keçirilmiş bir çox bədii sərgilərin, həmçinin Venesiya, San-Paulu, İstanbul, Qahirə, Nyu-Dehlidə beynəlxalq biennale və triennale tədbirlərində Rusiya layihələrinin kuratoru olub. Qısametrajlı filmlərin rejissoru və müəllifidir. "Ermitaj" bədii cəmiyyəti (Moskva, 1986), Müasir İncəsənət Mərkəzi (Moskva, 1990), Dövlət Müasir İncəsənət Mərkəzi (Rusiya, 1992), "Novoye iskusstvo" xeyriyyəçilik fondunun (Moskva, 2002) təsisçisi və rəhbəridir. 2017-ci ildən etibarən "Müasir incəsənət" proqramının akademik rəhbəri, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin (Moskva) professorudur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !