Lənkəran teatrında yeni tamaşanın premyerası olub - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrında yeni tamaşanın premyerası olub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

AZpress.AZ xəbər verir ki, noyabrın 1-də Lənkəran Dövlət Dram Teatrında başqırd dramaturqları Süleyman və Həmdiyə Lətipovların qələmə aldıqları “Evlən, oğul, evlən!..” komediyası (tərcümə edəni Ağaddin Babayev) əsasında hazırlanmış tamaşanın premyerası olub. Kələk üzərində qurulmuş məhəbbət əhvalatının son nəticədə əsl məhəbbətə çevrilməsindən bəhs edən tamaşanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti Adil Zeynalov, rejissoru Əlibala Əskərov, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Böyük maraqla qarşılanan tamaşada rolları respublikanın Əməkdar artisti Sucəddin Mirzəyev (İdris), artistlərdən Səyad Əliyev (Marat), Qızılgül Quliyeva (Asiya), Təranə Fərəcova (Zifa), Şəbnəm Hüseynova (Sara) və Məleykə Cəfərova (Dəniz) ifa ediblər.
Qeyd edək ki, bundan əvvəl Süleyman və Həmdiyə Lətipovların Lənkəran teatrının səhnəsində “Şah və əks-səda” əsəri oynanılıb.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )