AzTU-da Çinin “Huawei” şirkətinin “Seeds for the Future” layihəsinin təqdimatı keçirilib - (+FOTOLAR)

AzTU-da Çinin “Huawei” şirkətinin “Seeds for the Future” layihəsinin təqdimatı keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Huawei-Azərbaycan şirkətinin ölkəmizdə 3-cü dəfədir ki, keçiriləcək “Seeds for the Future” layihəsinə start verilib.ŞirkətinTəhsil Nazirliyinə müraciətinə əsasən müxtəlif ali təhsil müəssisələrində, o cümlədən Azərbaycan Texniki Universitetində (AzTU) “Seeds for the Future” layihəsinin təqdimatı keçirilib.

Layihənin təqdimatında AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov çıxış edərək, Çinin İKT sahəsində əldə etdiyi uğurlara, o cümlədən “Huawei” şirkətinin yeni nəsil texnologiyaların yaradılması istiqamətində investitsiya yatırımlarından danışıb.Prorektor 2015-ci ilin dekabr ayında Prezident İlham Əliyevin “Huawei” şirkətinin Pekində yerləşən sərgi mərkəzini ziyarət etməsinə diqqət çəkərək, qeyd edib ki, son illər Azərbaycanda İKT sahəsində sistemli işlər görülür və bunun nəticəsi olaraq böyük inkişafa nail olunub. Bu prosesdə dünyanın 170 ölkəsində 180 mindən çox işçisi olan “Huawei” şirkətinin yaxından iştiraket diyini vurğulayan professor Sübhan Namazov,“Seeds for the Future” layihəsinin tələbələrin İKT sahəsində inkişafına böyük töhfə verəcəyini bildirib.
Huawei-Azərbaycan şirkətinin icraçı direktoru Canlin Lu çıxışında AzTU-da İKT sahəsində həyata keçirilən kadr hazırlığından danışıb. O, bildirib ki, Azərbaycanın İKT sahəsində, o cümlədən “Huawei” şirkətinin Azərbaycanda fəaliyyət göstərən müəssisələrində çalışanların böyük əksəriyyəti AzTU məzunlarıdır.

Daha sonra Huawei-Azərbaycan şirkətinin nümayəndəsi Zhang Jing“Seeds for the Future” layihəsi haqqında geniş məlumat verib.Qeyd olunub ki, bu layihə, biliyin ötürülməsi prosesini gücləndirmək, İKT sənayesinə marağın artırılmasına yardım etmək və qabiliyyətli tələbələrin İKT biliklərini artırmaq məqsədi daşıyır.Pekində asudə vaxtk eçirməklə başlayan layihə çərçivəsində tələbələr ilk olaraq Çin mədəniyyətini və Mandarin dilini öyrənmək şansı əldə edəcəklər.Daha sonra “Huawei”in Şenjen düşərgəsində İKT-nin başlıca texnologiyaları: mobil şəbəkə və bulud hesablama texnologiyaları, həmçinin süni intellekt, 5G şəbəkəsi ilə yaxından tanışlıq olacaq.

Təqdimat maraqla dinlənildikdən sonra Huawei-Azərbaycan şirkətinin təmsilçiləri ilə tələbələr arasında ingilis dilində dialoq baş tutub.Tələbələrin dil biliklərini və İKT sahəsinə aid fikirlərini yüksək qiymətləndirən şirkət təmsilçiləri layihədə iştirak hüququ qazananlar arasında AzTU tələbələrinin üstünlük təşkil edəcəyinə əminliklərini bildiriblər.

Qeyd edək ki, “Seeds for the Future” layihəsinə qoşulmaq üçün tələbələr iki mərhələli seçim turundan keçməli olacaqlar. Hər iki mərhələdən uğurla keçən 10 tələbə “Seeds for the Future” layihəsinin qalibi olaraq 3-14 dekabr tarixlərində Çinə səyahət etmə imkanı əldə edəcək.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!