“Biləsuvar məktəblilərinin yaradıcılıq festivalı” layihəsi uğurla davam etdirilir. -

“Biləsuvar məktəblilərinin yaradıcılıq festivalı” layihəsi uğurla davam etdirilir.

AZpress.AZ xəbər verir ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin “İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi” kateqoriyası üzrə qalib olmuş “Biləsuvar məktəblilərinin yaradıcılıq festivalı” layihəsi uğurla davam etdirilir.

Daha öncəki xəbərlərdə qeyd etdiyimiz kimi, layihənin məqsədi Biləsuvar rayonunda təhsil alan məktəblilər arasında yaradıcı rəqabəti artırmaq, onlara öz potensialını üzə çıxarmaq üçün yeni imkanlar yaratmaq, ümum rayon məktəbliləri arasında ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Eyni zamanda layihə rayonda incəsənətin rəsm, musiqi və rəqs kimi mühüm sahələri üzrə mədəni kütləvi tədbirlərin təşkilinə dəstək baxımından əhəmiyyətlidir. Məhz qeyd olunmuş məqsədlərə çatmaq üçün layihənin icra planına əsasən ilk addım olaraq rayonun ümumtəhsil məktəblərində festival haqqında maarifləndirmə işi aparılmışdır. Maarifləndirilmə zamanı festivalda iştirak qaydaları, seçim meyarları, tarix və s. haqqında geniş məlumat verilmişdir. 1 ay müddətində aparılmış təbliğat-təşviqat işlərindən sonra festivalda iştirak üçün 2 günlük ilk seçim turu keçirilmışdir. İştirakçılar ilkin seçim turu zamanı müəyyən olunmuş komissiya tərəfindən qiymətləndirilərək növbəti tura vəsiqə qazanmışlar. Yaradılmış müvafiq komissiya tərəfindən bütün mərhələlər üçün seçim meyarları, vaxt, say və s. üçün şərtlər müəyyənləşdirilmışdir. Onu da qeydet məklazımdır ki, təbliğat zamanı broşurlardan, bukletlərdən, afişalardan və digər məlumat xarakterli materiallardan geniş istifadə olunmuşdur.

Növbəti mərhələdə hər sahə üzrə (rəsm, musiqivərəqs) seçilmiş şagirdlər üçün (hər sahə üzrə 15 uşaq olmaqla ümumilikdə 45 uşaq) ustad (hər sahə üzrə 1 ustad olmaqla cəmi 3 ustad) dərsləri təşkil olunmuşdur. Ustad dərslərinə peşəkar ekspertlər cəlb olunmuşdur. 5 gün müddətində keçirilmiş ustad dərslərinin keçirilməsində məqsəd şagirdlərdən övbəti mərhələyə hazırlıq üçün motivasiya yaratmaqla, onlarda ilkin professional bilik və bacarıqlar aşılamaqidi. Professional rəssam, musiqiçi və rəqqasın cəlb olunduğu ustad dərsləri eynizamanda şagirdlərdə böyük həvəs və maraq yaratmışdır.

Hazırda layihə iştirakçıları layihənin sonuncu – festival hissəsinə hazırlaşmaqdadırlar.

Məlumat üçün qeyd etmək lazımdır ki, “İstedadlı uşaqların aşkar olun ması və dəstəklənməsi üçün yaradıcı
Mühitinin kişaf etdirilməsi” istiqaməti üzrə həyata keçirilən “Biləsuvar məktəblilərinin yaradıcılıq festivalı” layihəsinin rəhbəri Muradova Ülviyyə Abasqulu qızıdır. O, Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimidir. Qeyd edilmiş layihənin icra müddəti: 20 avqust – 20 noyabr 2018-ci il tarixləri aralığıdır.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )