Sumqayıt Dövlət Dram teatrında 50-ci mövsümün ilk premyerası... - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram teatrında 50-ci mövsümün ilk premyerası... (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, yenicə 50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram teatrı böyük əzmlə repertuarını zənginləşdirməkdədir. Bu gün Rus xalq nağılı əsasında səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası oldu.

Kiçik yaşlı tamaşaçılar və məktəblilərin həm əylənib, həm də öyrənmələrini təmin edən nağıl tamaşada obrazların timsalında ağıl və gücün müqayisəsi aparılır.

Tamaşadan öncə teatrın direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidov, Texniki və Təbiət Elmləri Liseyinin direktor müavini Ətrabə Tağıyeva, quruluşçu rejissor Ayla Osmanova tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşa münasibətilə yaradıcı heyəti təbrik etdilər.Daha sonra tamaşa nümayiş edildi. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçurəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Obrazları teatrın gənc və orta yaş nəslinə mənsub aktyorlarından Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa edirlər.

Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Dram.yaxın günlərdə daha bir yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcəkdir

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !