Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri davam edir - (+FOTO)

Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri davam edir (+FOTO)

AZpress.AZ xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir. Səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və faciə qurbanlarının xatirəsi yad edilib.

Daha sonra, Beynəlxalq Miqrasiya Təşkilatının Hollandiya nümayəndəliyinin rəhbəri Antonio Polosa ilə görüş keçirilib.

Görüş zamanı, miqrasiya və diaspor məsələlərinin müzakirə edildiyi görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri müasir dövrdə miqrasiya proseslərinin qaçılmaz olduğunu və diaspor hərəkatının əsas tərkibində miqrantların xüsusi yer tutduğunu bildirib. Eyni zamanda, qeyd edib ki, miqrantların dəqiq bir statistikasının olması da vacibdir.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə, öz növbəsində, miqrasiyanın ciddi bir proses olduğunu, miqrantların həyatı, sayının müəyyən edilməsi və s. istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələlərlə bağlı əməkdaşlığa hazırdır.
Sonda Təşkilatın Hollandiya nümayəndəliyinə xatirə hədiyyələri təqdim edilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !