30 il Qarabağ dərdi çəkməkdən yorulmadıq, 3 dəqiqə himn üçün ayaqda durmaqdan yorulduq... - - Maya Quliyeva (AZpress.AZ)

30 il Qarabağ dərdi çəkməkdən yorulmadıq, 3 dəqiqə himn üçün ayaqda durmaqdan yorulduq... - Maya Quliyeva (AZpress.AZ)

AZpress.AZ xəbər saytı Maya Quliyevanın Dövlət himni haqqında yazdığı məqaləsini təqdim edir:

"Digər himnlər 2-2.5 dəqiqə olduğu halda Azərbaycanın himni 4 dəqiqədir. Özü də minor janrında. Bu, mərsiyə deyil axı. Üzeyir Hacıbəyov Azərbaycan Sovet Respublikasının himnini hazırlayıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün”.

Bu sözləri Milli Məclisin noyabrın 2-də keçirilən iclasında deputat Tahir Kərimli “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun müzakirəsi zamanı deyib.
Cənabın bu sözlərinə , elə Milli Məclisin özündən - Vətəndaş Həmrəyliyi Partiyasından Milli Məclicə Millət Vəkili seçilən professor Fəzail Ibrahimlidən çox dəyərli bir cavab gəldi .
Fəzail müəllim Himnimizin mənasını başa düşməyənlərə hissə-hissə başa salmağa çalışdı .
" Himnimiz təqdimat, Azərbaycan öz Müstəqilliyinə qədər keçdiyi yol, Vətənə arzu, xeyir-dua ,
gənclərə Müstəqil Azərbaycanı etibar və vəsiyyət edənlərin dilindən yazılmış bu himnin harası artıq , yorucu və uzundur dedi ... Millətin , Dövlətin tarixi və talehində öz möhürünü vurulub bu himn . Gedin başqa vacib işlərlə məşğul olun !!"
Müəllimin sözüylə desək himnin hər sətri və hər misrası zəncirvari bir-birini tamamlayır .

Yoldaş , himnimizi ayaqda dinləməkdən yorulanlar ...!!!!


- 30 ildi torpağın işğalda xilas gününü gözləməkdən yorulmadı ,
- 30 ildi torpaq qan içməkdən yorulmadı ,
- 30 ildi analar min zülümlə böyütdüyü , evinin dirəyi oğullarının tabutda və ən yaxşı halda əlil arabasında yarımcan qayıdışın gözləməkdən yorulmadı ,
- 30 ildi qırmızı koftalı , yaşıl tumanlı qızlarımız toy mağarına hazırladıqları bəzəkləri əlləri ilə yas mağarını bəzəməkdən yorulmadı ,
- 30 ildi uğrunda şəhid şəhid olduqları bayraq , tabutlara bülənməkdən və şəhidlərin məzarında öz şəhidlərini tək qoymadan gecə-gündüz dalğalanmaqdan yorulmadı ,
- 30 ildi namusumuz yağı düşmənin yatağında öz qanından-canından olanlara qarşı "əsgər" doğub -törəməkdən yorulmadı ,
- 30 ildi üzü dağlara baxıb , Vətən , torpaq , talan yurd-yuvasına həsrətdən , dərddən ürəyi tab gətirməyən köçkünlər , didərginlər öləndə belə son kəliməsi - Vətən deyib ölməkdən yorulmadı ,
- 30 ildi " məni buralara əmanət edin , Qarabağa dönəndə ilk işiniz qəbrimi Vətənimə aparın" deyib ölənlər torpaq altda belə gözləməkdən yorulmadı ,
Siz 2-2.5 dəqiqəni ayaqda durmaqlamı yoruldunuz ...!!!???
Düz deyirsiniz , uzun olan hər şey kəsilib qısalmalıdı...
Amma baxır nəyə ...
Dilimizi bəlkə özümüzə yox , erməniyə tərəf uzadaq ...  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )