MƏNİM YAY TƏTİLİM-2018 Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi - (+FOTOLAR)

“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 12-17 yaş arası uşaqlar üçün 6 noyabr 2018-ci il Xətai Sənət Mərkəzində baş tutdu.

Tədbiri çıxış sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açdı. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Bəxtiyar Qılıncov, Xalq rəssamı Arif Hüseynov tədbir haqqında öz ürək sözlərini söylədilər. Tədbirdə uşaqlara diplomlarla bərabər bir neçə nominasiyalar üzrə fərqli təşkilatların fərqlənmə diplomları da təqdim olundu. Sərgidə həmçinin fəallıq göstərmiş tədris mərkəzləri də Təşəkkürnamə ilə təltif olundular. Qeyd edək ki, tədbirin məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilmişdir. Tədbirin bugünkü hissəsində 300-ə qədər uşağın 800-ə yaxın işi içərisindən 150-yə yaxın əsər nümayişolundu.

Müsabiqədə Xırdalan, Xətai, Masallı, Suraxanı, Gəncə, Şamaxı, Goranboy, Lənkəran, Yasamal, Şəki, Quba, Hacıqabul, Binəqədi, Sumqayıt, Qax, Salyan bölgələrin məktəbliləri, o cümlədən 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 4 nömrəli Uşaq İncəsənət Məktəbi, 5 nömrəli Uşaq İncəsənət Məktəbi, Ağdaş rayon Mələk art studiya, An tədris mərkəzi, Azline tədris mərkəzi, Biləyən tədris mərkəzi, Elif Tədris Mərkəzi, Əhməd Bakıxanov adına Uşaq İncəsənət Məktəbi, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbi, For you tədris mərkəzi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Goranboy rayon Uşaq Gənclər İnkişaf Mərkəzi, Göyərçin rəsm kursu, Günxanart studiya, Xırdalan şəhər Mədəniyyət evi, KamArt İncəsənət Qalereyası, Qax rayon Uşaq İncəsənət Məktəbi, Quba Uşaq İncəsənət Məktəbi, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı Onbirillik incəsənət məktəbi, Masallı şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyi, Maştağa Mədəniyyət Mərkəzinin rəsm kursu, Modern English tədris mərkəzi, Mübariz İbrahimov adına yaradıcılıq mərkəzi , Panda School Baku filialı, Salyan rayon Heydər Əliyev Mərkəzi, Şəki şəhər Uşaq İncəsənət Məktəbi, Zığ qəsəbə mədəniyyət evinin rəssamlıq kursu, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !