Boccia idman növü üzrə V SENİ CUP TURNİRİ keçiriləcək -

Boccia idman növü üzrə “V SENİ CUP TURNİRİ” keçiriləcək

 AZpress.AZ xəbər verir ki, 22 noyabr 2018-ci il tarixində Abşeron rayonunda fəaliyyət göstərən Olimpiya Kompleksində Seni firmasının dəstəyi ilə, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və Azərbaycan Boccia İdman Federasiyasının təşkilatçılığı ilə Boccia idman növü üzrə “V SENİ CUP TURNİRİ” keçiriləcək.

BOCCİA idman növü Milli Paralimpiya Komitəsi tərəfindən 5 ildir ki, ölkəmizdə təbliğ olunur. Seni firmasının dəstəyi ilə 06 dekabr 2014-cü il tarixdə birinci, 18 dekabr 2015-ci il tarixdə ikinci, 14 dekabr 2016-cı ildə üçüncü və 24 noyabr 2017-ci ildə dördüncü "SENİ CUP" turnirləri keçirilmişdir.
Bu ilki "SENİ CUP" turnirində respublikanın müxtəlif regionlarından ümumilikdə yetmişədək idmançı mübarizəyə qatılacaq və 5 kateqoriya üzrə yarışlar keçiriləcək.

Qeyd edək ki, Heydər Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə cari ilin mart ayında Azərbaycan Boccia Federasiyası yaradılmış, Vüqar Əsgərov vitse prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçilmişlər.

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !