90-cı illərin ən uğurlu imzalarındandı Şərif AĞ - - Səfa Rəşid yazdı..

90-cı illərin ən uğurlu imzalarındandı Şərif AĞ - Səfa Rəşid yazdı..

AZpress.AZ xəbər saytı Səfa Rəşidin Sərif Ağayar haqqındakı yazısını oxucularla bölüşür:

90-cı illərin ən uğurlu imzalarındandı Şərif Ağ. Gəncliyimiz elə surətlə keçdi, bir də ayıldıq ki, 40 keçmişik. Ədəbiyyat onu sevənlər uçün o vaxt da maraqlıydı, baxma ki, biz ikimiz də tarix fakultəsini bitirmişdik. Mən şair ola bilməsəm də Şərif böyük yazıçı oldu. Şərif aşıq şeirinin vurğunuydu. Nəzmdə də nəsrdəki kimi uğurlu imzaydı.

Bu günlərdə Şərifin son yazdığı "Arzulardan sonrakı şəhər" romanını oxudum. Hələ də təsirindən çıxmamışam. Əsərdə həm yaxın ,həm də uzaq keçmişdə yaşayan iki gənc insandan söhbət gedir. Birinci qəhrəmanımız, müharibə alovundan çıxmış, Kiyevdə oxumaq xəyallarıyla yaşayan Həsən, digəri Misirdə piramida tikililərində işləyib "Yaşıl vadıyə" qayltmağa çalışan keçmış qəbilə rəisinın köməkçisi,sərkərdə Amanis.

Qocalığın ən axmaq tərəfi budur; keçmişdən başqa həyatında heç nə olmur... Nənəsindən başqa heç kəsi olmayan Həsən özünün xəyallarında yaratdığı arzular şəhərinə namızədlər axtarır. Bu namızəd,daha çox onunla həyatını bağlı edən nənə və aşıq olduğu Gülsum də ola bilər...

Əsər döyüş səhnələrindən uzaq olsa da, muharibənın yaratdığı fəsadları oxucuya dəqiqliyi ilə təqdim edir.

Yazıçının yaratdığı hər iki obraz (Həsən və Amanis) ciddi sarsıtı yaşamaqla yanaşı ümidlərini heç vaxt itirmir. Yaşıl vadıyə ailəsinə qovuşmağa məqsəd qoyan Amanis sona qədər iradəsini ortaya qoyur.

Şərif bəlkə də özü müharibənin alovundan çıxdığına görəmi yaratdığı yeniyetmə Həsən obrazını xırda detallarla oxucuya təqdim edir .Yaratdığı nənə diğər nənələrə bənzəmir. Daha müasir, mübariz surətdir. Qadın olaraq, yeganə yaşama səbəbi olan Həsəni həyata hazırlayır və ona sarı tuşlanan zərbələri dəf etməyə hazır görunur. Şəhərdə işiqlar sönəndə Həsənin" Parisdə işiqlar heç vaxt sönmür deməsinə;

Günlərin bir günü bütün şəhərlərin işığı mütləq sönür"deyə nöqtəni qoyur.
"Arzulardan sonrakı şəhər" həm bu günümüz, həm də keçmişimizlə bağlı intelektual düşüncəli yazıçı təxəyyülünə söykənən ağrılı həyat romanıdır. Şərifin "Şəkil" hekayəsindəki baba obrazı nə qədər sevimliydisə, "Arzulardan sonrakı şəhər" romanındakı nənə obrazı daha daha sevimlidir.

Yazıçı dostuma yeni yaradıcılıq uğurları arzu edir, hamımızı heyrətləndirə biləcək, daha zövqlü əsərlər yazacağına inanıram. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )