Bir də Salyana gəlsəm oğraşam mən... - - Əliağa Vahid

Bir də Salyana gəlsəm oğraşam mən... - Əliağa Vahid

Əvvəlcədən deyim ki, olmuş əhvalatdır
Günlərin bir günü Əliağa Vahidi Salyana mağar toyuna çağırırlar. Vahid toy məhəlləsinə çatan kimi bir nəfər şairi yanlayır ki, gedək bizə, arvad-uşaq səni görsün. Hava da çiskinli olur. Girirlər kişinin həyətinə, çardağın altında Vahidə yer göstərirlər. Külfət yığılır qəzəlxanın başına. Bir qəzəl dedizdirirlər ona. Çiskin bir az sərtləşir, Vahidin də qəzəli bitir, durub xudahafizləşir. Qapıdan təzə çıxır ki, başqa bir qonşu görüb cumur Vahidin üstünə: "Balaca gədəm səndən ötrü ölür, gedək bizə"... Nə isə, şair bunun da sözünü yerə salmır, amma çiskin yağışa çevirir. Bu kişi də Vahidi nə evə çağırır, nə də bir stəkan çay verir... şair yenə çardağın altında yağış başına döyə-döyə qəzəl deməli olur. Belə-belə düz 5 evə "qonaq" olur və... nəhayət gəlib toy mağarına çatır. Təbii ki, əyin-baş yağışda artıq çoxdan islahatdan çıxmış olur, panamasını sıxsan su çıxar... tərslikdən oturduğu yerdə mağarın onun başının üstünə təsadüf edən hissəsi də cırıq olur, damcılar papağını döyəcləyir... Deyirlər - "Buyur, Vahid. Salyana xoş gəlmisən. Başla, görək, bir qəzəl de"... Vahid də bir cırılmış mağara baxır, bir üst-başına, bir camaata və başlayır:
"Yağış yağır, islanmışam, yaşam mən,
Bir də Salyana gəlsəm oğraşam mən"... 

Məmməd R. Ağayev

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )