Hər cümə - tərcümə... - - Pənah Rüstəm

Hər cümə - tərcümə... - Pənah Rüstəm

Rubrikamızın bu günkü buraxılışı istedadlı həmkarımın şerinə həsr olunub. Ikimizin də jurnalistikada ilk addımları “Magistral” çoxtirajlı qəzetindən başladı. Amma sonra yollarımız ayrıldı.

 

Bu sətirlərin müəllifi “Bakı” - “Baku” axşam qəzetində, o xanım isə BBC radiosunun Azərbaycan redaksiyasında fəaliyyətini davam etdirdi. Imkan olduqda əlaqə saxlayırdıq, onun uğurlarına sevinirdim. Dərin zəkası, sözə münasibəti, məsuliyyətinə yaxşı bələd idim.

 

Bir də şeri çox sevirdi. Həm də şerin daxili gücünü gözəl hiss edirdi. Hüseyn Cavidin, Zeynal Cabbarzadənin fəlsəfi, lirik şerlərini birgə rus dilinə çevirirdik. Diqqətinizə təqdim etdiyim şeri o xanım Londona gedəndən sonra tərcümə etdim.

 

Yəqin oxucular şair haqda bilmək istəyirlər. Beləliklə, Sədaqət İsmayılova - gözəl xanım, vəfalı dost. Təssüf ki, ömür vəfa etmədi və bu gün onun haqqında keçmiş zamanda danışırıq. Ruhu şad olsun...  

 

***

 

Я ХОЧУ ТЕБЕ ПРИСНИТЬСЯ

 

Я хочу xтебе присниться
Белым солнцем, синей птицей.
Небом, полем, незабудкой, -
Чтоб меня ты не забыл бы.

 

Я хочу тебе присниться
Колоском на летней жнице.
Предрассветною звездою,
Громом, молнией, грозою,
Ручейком и первым снегом.

 

Самым близким человеком,
Поцелуем, нежной лаской,
Самой доброй в мире сказкой.
Я хочу тебе присниться…

 

YUXUNA GIRMƏK ISTƏRƏM

 

Yuxuna girmək istərəm
Bəyaz günəş,
Bir quş tək.
Səma kimi,
Çəmən kimi.
Çicəyə, gülə
Dönüm,
Unut məni
Onda görüm.

 

Yuxuna girmək istərəm
Qızılı, dolu sünbül tək.
Sübhün dan ulduzu tək.
Ildırım, şimşək olum
Çaxım, oda dönsün
Sağım, solum.

 

Bir saf çeşmə,
Ilk qar kimi.
Ən yaxın
insan kimi
yuxuna girmək istərəm.

 

Naza dönüb,
Qayğı olub,
ən mehriban
nağıl olub,
yuxuna girmək istərəm...

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )