Alla Puqaçova özbəkistanlı stilistin klipinə çəkildi - (+VİDEO)

Alla Puqaçova özbəkistanlı stilistin klipinə çəkildi (+VİDEO)

AZpress.AZ xəbər verir ki, Rusiya şou-biznesinin tanınmış özbəkistanlı stilisti Əlişir “Скажи мне, Алла” (Mənə söylə, Alla) adlı yeni mahnısına çəkilmiş yeni klipini təqdim edib.

Stilistin özü rejissorluq etdiyi klipdə dünya şöhrətli müğənni, rus estradasının primadonnası, SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Alla Puqaçova da rol alıb. Mahnının sözləri və musiqisi Arsenie Todirasa məxsusdur.

 

4 dəqiqəlik klipdə Alla Puqaçovadan savayı bir sıra tanınmış tele aparıcılar, media işçiləri, reper o cümlədən aktrisa Lilia Abramova da çəkilib.

 

Qeyd edək ki, Əlişir Azərbaycanın xalq artisti Aygün Kazımova, Rusiyanın xalq artistləri Alla Puqaçova, Filip Kirkorov, müğənnilər Svetlana Loboda, Katya Lel, Ani Lorak, Vera Brejneva kimi məşhurlarla çalışıb.

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )