Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb - (+FOTOLAR)

Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və
Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 6-da
Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin Teatr
Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovla görüşüb.

Marius Donkin teatrın yaradıcı həyatı, truppa üzvləri, muzeylə tanış
olub, ona yeni yaradılan Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq
Kazımov və Adil İsgəndərov səhnələri haqqında məlumat verilib.

Azər Paşa Nemətov və Marius Donkin memorandumun qarşılıqlı əməkdaşlıq
baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, əməkdaşlıq memorandumu Bolqarıstan və Azərbaycanın
milli teatrları arasında real, məhsuldar və konkret əməkdaşlığın
inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı
tanışlıq və fəaliyyəti, teatrlarda yeni incəsənət platformaları, ideya
və formaların yaradılması və onların müzakirəsinin təşkil edilməsi
vəzifəsini qarşıya qoyulub.

Memorandum eyni zamanda klassik və müasir dram əsərlərinin
paylaşılması, səhnədə fəaliyyət göstərən yaradıcı komandaların, fərdi
teatr peşələri nümayəndələrinin – direktorların, aktyor, səhnə və
geyim dizaynerlərinin, insan resursları mütəxəssislərinin və s.
səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi üçün yeni yolların və
formaların axtarılıb-tapılması, yalnız yaradıcılıq sferasında deyil,
real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insan
resursları strategiyalarının, birgə layihələrin, festival və teatra
dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının
yaradılması, Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin
inkişafına dəstək olmaq məqsədi daşıyır.

 


 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )